“AccessBank” Qara Dəniz Ticarət və İnkişaf Bankından (QDTİB) 15 milyon dollar kredit alacaq. “AccessBank”dan fins.az-a verilən məlumata görə, artıq tərəflər arasında kredit müqaviləsi imzalanıb. Kredit 3 illik müddətə ayrılacaq. Vəsait sənaye, kənd təsərrüfatı sahələrində çalışan kiçik və orta sahibkarlara kredit kimi veriləcək.
Sazişlə ilə bağlı açıqlama verən “AccessBank”ın Baş Meneceri Mixael Xoffmann bildirib ki, vəsaitin cəlb edilməsi Azərbaycanın regionlarında iqtisadi inkişafa kömək edəcək.
QDTİB-nın prezidenti Andrey Kondakov isə deyib ki, “AccessVank-la əməkdaşlıq qeyri-neft sektorunun inkişafına və Bankın strategiyasının Azərbaycanda tətbiq olunmasına kömək edir”. Xatırladaq ki, QDTİB-nin “AccessBank” üçün yeni kredit xətti açması ilə ümumi maliyyələşdirmənin məbləği 37 milyon dollara çatıb.