30 Oktyabr

Avropa Oyunlarına həsr olunmuş xatirə pul nişanları buraxıldı

Azərbaycan Mərkəzi Bankı (AMB) Bakıda keçiriləcək İlk Avropa Oyunları münasibəti ilə yüksək əyarlı müxtəlif qiymətli metallardan hazırlanmış xatirə pul nişanlarını tədavülə buraxılıb. AMB-dən fins.az-a verilən məlumata görə, xatirə pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında hazırlanıb. Pul nişanlarının dizayn mövzusu 5 idman növünə həsr olunmuş, üz tərəfində hər bir idman növünün təsvirləri, arxa tərəfində isə Azərbaycan gerbi, aypara və milli ornamentlər əks etdirilib. Onlar ən yüksək estetik tələblərə və beynəlxalq standartlara uyğundur. Xatirə pul nişanlarının satışı kommersiya bankları və Avropa Oyunları üzrə satış məntəqələri vasitəsilə həyata keçirilir.