30 Oktyabr

Azərbaycan əhalisinin bank əmanətləri azalıb

Bu ilin yanvar-mart aylarının yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətləri 7 milyard 781,6 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-fevral aylarının yekunları ilə müqayisədə 151,1 milyon manat və yaxud 1,91% azdır. Bununla belə, ilin əvvəlinə nisbətən əmanət qoyuluşu 8,25%, son 1 ildə isə 16,91% artıb.