Rusiya Mərkəzi Bankı bank lisenziyalarını geri çağırmaq üzrə fəallığını azaltmır. Bu gün daha 3 kredit təşkilatı lisenziyadan məhrum edilib, onların fiziki şəxslər qarşısında öhdəlikləri 16,5 milyard rubla yaxın qiymətləndirilir.
Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunlar 2 Moskva bankı- “Metrobank” və "OPM-Bank", habelə Tümenin “Sibneftebank”ıdır. Hər 3 banka qarşı iddialar standart olub: Kredit təşkilatı kredit siyasətini yüksəkriskli aparıb və ssudalar üzrə itkilər üçün risklərə adekvat ehtiyatlar yaratmayıb.
Hər 3 bank Əmanətlərin Sığortalanması Sisteminin iştirakçılarıdır. Əmanətlərin sığortası üzrə ödənişlərin hər 3 bank üzrə iyunun 15-dək başlayacağı artıq elan edilib. Rusiya Bankına verilmiş hesabata görə, həmin banklarda mayın 1-nə fiziki şəxslərin vəsaitlərinin həcmi 16,5 mlrd. rubla yaxın qiymətləndirilib ki, bu da Əmanətlərin Sığortalanması Fondunun mövcud normalarına uyğundur.