30 Oktyabr

Hacı İbrahim Nehrəmli danışdı

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmış “Avesta” konserninin prezidenti, iş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) sərbəst buraxılıb. Fins.az-ın ANS TV-yə istinadən yaydığı məlumata görə, sahibkar bildirib ki, onun ölkədən qaçarkən saxlanılması ilə bağlı mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Sahibkar bir müddət əvvəl onun ölkəni tərk etməsinə qoyulan qadağanın aradan götürülüb-götürülməməsinə də aydınlıq gətirib.