Bu gün “Kapital Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib. Bankdan fins.az-a verilən məlumata görə, yığıncaqda bankın Müşahidə Şurasının (MŞ) tərkibinə dəyişiklik edilib. MŞ-nin sədri Mircamal Paşayev icraçı direktor olduğu “Pasha Holding” ASC-də işinin çox olması ilə əlaqədar istefa verib. Onun yerinə bir qədər əvvəl holdinqin Bank Qrupunun rəhbəri təyin edilmiş Cəlal Qasımov seçilib. Bankın Audit Komitəsinin sədri Araz Ağayevi isə Pərvin Əhədzadə əvəz edib.