30 Oktyabr

“Bank VTB (Azərbaycan)” məcmu kapitalını artırdı

“Bank VTB” törəmə bankı “VTB (Azərbaycan)”a 300 milyon rubl (6,2 milyon manat) məbləğində 7 illik subordinasiya krediti ayırıb. Bu barədə fins.az-a bankdan məlumat verilib. “Cəlb olunmuş vəsait bank VTB (Azərbaycan)-ın hər zaman baş ofisi tərəfindən dəstəkləndiyinin göstəricisidir. Məcmu kapitalın artırılması biznesin inkişaf templərini dəstəkləməyə və kreditləşmə imkanlarını artırmağa kömək edəcək”, deyə - “Bank VTB(Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.