Mətbuatda “Bank Technique”nin Müşahidə Şurasının sədri Rövşən İsmayılovun həbs edilməsi ilə bağlı xəbər yayılıb. Bankirin iri məbləğdə çirkli pulların yuyulmasında ittiham edildiyi, buna görə də Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanıldığı bildirilir. Bununla belə, “Bank Technique”də bu xəbər təkzib olunur. Bankın Marketinq şöbəsinin baş mütəxəssisi Rövşən Kazımov fins.az-a bildirib ki, yayılmış xəbər doğru deyil: “İndicə köməkçisi ilə danışmışam, sədr işdədir”.