Rusiya Mərkəzi Bankı (RMB) ölkədə fəaliyyət göstərən 3 kommersiya bankının “Transportnoqo” (“Nəqliyyat”), “Probank” və “Bumeranq” banklarının lisenziyasını dayandırıb. Bu barədə fins.az rus mətbuatına istinadən xəbər verir.
“Transportnoqo”nun lisenziyasının geri çağırılması bankın məcmu kapitalının nizamnamə kapitalından əhəmiyyətli dərəcədə az olması ilə izah olunur. Hazırda bu bank aktivlərinin həcminə görə Rusiya bankları arasında 103-ci yeri tutur. RMB bildirir ki, “Transportnoqo” yüksək riskli siyasət yürüdüb, pul vəsaitlərini aşağı keyfiyyətli aktivlər üzrə yerləşdirib. Bundan əlavə, 2014-ci ildə bank şübhəli tranzit əməliyyatları keçirib. “Ehtiyatların formalaşması nəticəsində risklərə adekvat olaraq kredit təşkilatı kapitalını tamamilə itirib” - deyə RMB-nın məlumatında deyilir. “Probank”ın lisenziyası isə gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə və terrorçuluğun maliyyələşdirilməsi haqqında qanunvericiliyin pozulması ilə əlaqədar geri çağırılıb. Bu bank aktivlərinin həcminə görə Rusiya bankları arasında 414-ci yeri tutur.
Rusiya bank sistemində aktivlərin həcminə görə 594-cü olan “Bumeranq”ın lisenziyası isə kreditorlar qarşısında öhdəliklərininvaxtında icra etməməsi ilə əlaqədar dayandırılıb. Hər 3 bankın əmanətlərin sığortalanması sisteminin iştirakçıları olduğu bildirilir.