Asiya İnkişaf Bankı (AİB) Azərbaycana 800 min dollar məbləğində qrant ayıracaq. Fins.az-ın məlumatına görə, bu barədə AİB-in açıqlamasında bildirilir. Qrant Azərbaycanda elektrik enerjisinin paylanması üzrə investisiya inkişaf proqramının hazırlanmasına xərclənəcək. Texniki yardımın göstərilməsi barədə saziş mayın 15-də imzalanıb. Bundan əvvəl isə tərəfdən AİB-dən 750 milyon dollar kredit cəlb edilməsin dair sazişə imza atıblar.