Azərbaycanda əmanətlərin sığortalanması üçün maksimal həddin (30 min manat) dəyişdiriləcyi istisna deyil. Bunu fins.az-a açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, bununla bağlı addım 1-ci rübün yekunlarına görə banklardakı əmanətlərin məbləği təhlil edildikdən sonra atılacaq: “Zərurət olsa, biz təklif irəli sürəcəyik ki, qanunvericiliyə dəyişiklik edilsin, daha böyük məbləğdə əmanətlər sığortalansın”.
Xatırladaq ki, bir qədər əvvəl ƏSF qorunan əmanətlər üzrə maksimal faiz dərəcəsinin 9%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib. Bu qərar 1 avqust 2013-cü il tarixdən sonra banklara qoyulan bütün 12%-ə qədər olan əmanətlərə şamil olunub.