2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda 20,7 milyon manat məbləğində ipoteka krediti verilib. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 milyon manat və yaxud 24,5% azdır. Son 1 ildə verilmiş kreditlərin orta məbləği 1,6% artaraq 403061 manat, kreditlərin orta illik faiz dərəcəsi 0,1% azalaraq 6,76%, kreditlərə görə aylıq ödəniş məbləği isə 22,2 manat azalaraq 297,2 manat təşkil edib. Kreditlərin orta müddəti isə 1 ay artaraq 279 ay olub.