30 Oktyabr

Mərkəzi Bankın valyuta ehtiyatları daha 1,1 milyard dollar azalıb

Bu ilin aprel ayının yekunlarına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8 milyard 387,9 milyon dollar təşkil edib. Bu barədə fins.az AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu, mart ayının yekunları ilə müqayisədə 1 milyard 84,2 milyon dollar və ya 11,45% azdır. İlin əvvəlinə nisbətən azalma isə 39,03% olub.