“Azərbaycanın kommersiya banklarının konsolidasiyası baş verərsə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) yeni yaradılacaq bankın kapitalında iştirak etməyə hazırdır”. Fins.az-ın məlumatına görə, bunu AYİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn deyib. Onun sözlərinə görə, bu məsələni Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə müzakirə edib:
“AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmovla apardığımız müzakirələrdə bu məsələyə də toxunduq. Hazırda AYİB Azərbaycanın 3 bankında – “Accessbank”, “Unibank” və “Dəmirbank” paya malikdir. Bundan başqa, biz 6 banka kredit ayırmışıq. Bu 9 bank AMB-nin tələblərinə ciddi əmək edir və müsbət maliyyə göstəricilərinə malikdir. AYİB həmin banklara devalvasiya ilə bağlı riskləri qarşılamaq üçün lazımi dəstək verəcək. Bundan əlavə, Azərbaycanda konsolidasiya nəticəsində yaranmış yeni bankın kapitalında iştirak etməyə də hazırıq” – deyə o, qeyd edib.
Bundan başqa, Nil Makkeyn Azərbaycanın özəl sektorunda təmsil olunan 4 şirkətin də kapitalında iştirak edə biləcəklərini də bildirib. Onun sözlərinə görə, bu məsələ hazırda müzakirə obyektidirş.