Bu ilin 1-ci rübünün yekunlarına görə, Azərbaycanın bank sektorunun aktivləri 28 milyard 850,3 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, yanvar-fevral aylarının yekunları ilə müqayisədə 217,8 milyon manat və yaxud 0,76% çoxdur. İlin əvvəlinə nisbətən bankların aktivləri 14,56%, son 1 ildə isə 34,7% artıb.