Türkiyənin “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi “Zıraat Bank Azərbaycan” təxminən ay yarımdan sonra fəaliyyətə başlayacaq. Fins.az-ın Türkiyənin “Sabah” nəşrinə istinadən yaydığı məlumata görə, bu barədə bankın baş direktoru Hüseyn Aydın açıqlama verib: “Azərbaycanda “Azər-Türk Bank”da ortaqlığımız davam edir. Tamamilə bizə aid yeni bir bankı isə bu ilin 2-ci rübünün sonunda fəaliyyətə keçirmək istəyirik” – deyə bankir qeyd edib.