“Bank of Baku” “Hüquqşünas” vəzifəsinə işə qəbul elan edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, namizədlər ali hüquq təhsilli olmalı, Azərbaycan dilini mükəmməl bilməli, MS Office proqramlarında işləməyi bacarmalıdır. Bu sahədə azı 1 il iş təcrübəsi tələb olunur. Hərbi xidməti bitirənlərə və yaxud hərbi xidmətdən möhlət hüququ olanlara üstünlük verili.
Əsas vəzifə öhdəlikləri:
-Məhkəməyə göndərilməsi üçün şöbəyə daxil olmuş işlərin məhkəməyə hazırlıq işlərini aparmaq, iddia ərizələrini hazırlamaq və işləri məhkəməyə göndərmək;
- Məhkəmə, icra, hüquq-mühafizə və digər dövlət orqanlarında bankı nümayəndə qismində təmsil etmək;
- Məhkəmə qərarlarının vaxtında alınmasını və aidiyyatı struktura təqdim edilməsini təmin etmək;
- Hüquq mühafizə orqanlarından banka daxil olan sorğu və müraciətləri cavablandırmaq.
İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir. Əmək haqqı 455-500 manatdır. Fəaliyyətin nəticələrinə əsasən əlavə bonus ödənilə bilər.
Maraqlananlar öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində “Hüquqşünas” yazılmalıdır.