Bu gün Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının biznes sessiyasının ikinci iclası keçirilib. Fins.az-ın “Report”a istinadən yaydığı məlumata görə, sessiyada çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, qlobal bazarlardakı tərəddüd, maliyyə böhranı ölkələrə təsir edir: “Azərbaycanda isə Mərkəzi Bank valyuta məsələlərinə sabit yanaşır. Bunun nəticəsidir ki, sərmayə reytinqimizi 3 agentlik sabit saxlayır".
Nazir həmçinin neftin ucuzlaşması, daxili və xarici təsirlərin risklər yaratdığını deyib: "Odur ki, regionda infrastruktur layihələrinə maliyyə qoymağa yardım edilməlidir. "Azərbaycan 2020: gələcəyə baxış" inkişaf konsepsiyası bunları aradan qaldırmaq üçün düzgün istiqamətdir".
Tədbirdə çıxış edən AİB-in prezidenti Takehiko Nakao və digər ölkələrin nümayəndələri Azərbaycana Direktorlar Şurasının illik toplantısına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyi üçün təşəkkür edib. Eyni zamanda iclasın yekununda Direktorlar Şurasına sədrlik Azərbaycandan Almaniyaya keçib.