30 Oktyabr

Bankomatlar gəzməyə başladı - VİDEO

Bundan sonra Polşa vətəndaşlarına hesablarından nağd pul çıxarmaq üçün banka getmək və yaxud bankomat axtarmaq lazım olmayacaq. Fins.az-ın rus mətbuatına istinadən yaydığı məlumata görə, pullar özləri avtomobildə onların yanına gələcək. Belə ki, Polşada ilk mobil bankomatlar işə düşüb. Söhbət birbaşa avtomobilə quraşdırılmış bankomatlardan gedir.

Bu layihəni Polşanın “IdeaBank”-ı həyata keçirib. Mobil bankomatlar müasir “BMW i3” markalı elektrokarlara quraşdırılıb. Bankirlərin sözlərinə görə, “IdeaBank”-ın istənilən müştərisi smartfonu vasitəsilə mobil mankomatı evinə çağıra və hesabından pul çıxara bilər (və ya hesabına pul qoya bilər). Ehtimal olunur ki, belə xidmət daha çox kiçik biznesi olan insanların köməyinə çatacaq.

Belə ki, bu mobil bankomat ənənəvi inkassatorlara yaxşı əvəz sayıla bilər. Bundan başqa, Polşada bir çox kiçik şirkət sahibləri hesablarına pul qoymaq və ya hesabdan pul çıxarmaq üçün hər gün banka getməli olur. “BMW i3” onlara vaxta qənaət etməyə kömək edəcək.

İlkin mərhələdə “IdeaBank”-da dörd mobil bankomatlı avtomobil fəaliyyət göstərəcək. Avtomobillər ilk öncə paytaxt Varşavada xidmət göstərəcək. Əgər təcrübə uğurlu olsa, belə avtomobillərin sayı 40-a çatdırılacaq.

Avtomobillərin qiyməti heç də ucuz deyil – təqribən 2,1 milyon avrodur.