30 Oktyabr

AİB yoxsul ölkələrə yardımı artıracaq

Asiya İnkişaf Bankı (AİB) illik ümumi kredit və qrant ayırmaları üzrə büdcəsini 50% artırmağı planlaşdırır. Fins.az-ın məlumatına görə, bu barədə keçirdiyi mətbuat konfransında bankın prezidenti Takehiko Nakao bildirib. Onun sözlərinə görə, bu, Asiya İnkişaf Fondunun kredit əməliyyatlarının Adi Kapital Resurslarının balans hesabatı ilə birləşdirilməsi hesabına mümkün olacaq: “2017-ci ildən bu rəqəm indiki 10 milyard ABŞ dollarından 20 milyard dollara çatdırılacaq. Bu isə yoxsul ölkələrə yardımı 70%-ə qədər artırmağa imkan verəcək: Bu islahat AİB üçün çox önəmlidir və xüsusilə kasıb ölkələrə kredit qabiliyyətini artıracaq”.