“Azərbaycan Sənaye Bankı”nın (ASB) İdarə Heyətinin (İH) sədri Hüseyn Özmen istefa verib. Bu barədə fins.az-a bankın daxil olduğu “Azərsun Holdinq”dən məlumat verilib. Hüseyn Özmenlə bağlanmış müqavilənin müddətinin başa çatdığı, onun Türkiyəyə qayıtdığı, İH-nə isə müavinlərindən birinin rəhbərlik etdiyi bildirilir. Bu arada qeyd edək ki, ASB bu ilin 1-ci rübünü 1 milyon 960,2 min manat ziyanla başa vurub.