Bu ilin əvvəlindən Mərkəzi Bank ölkədə kreditləşmə ilə bağlı qaydaları sərtləşdirsə də, bankların ayırdığı kreditlərin faiz dərəcəsində azalma yoxdur. Bu barədə fins.az 2014-cü ilin yanvar-aprel aylarının yekunları ilə bağlı Mərkəzi Bankın açıqladığı hesabata istinadən xəbər verir. Hesabata əsasən, ilk 4 ayın yekununda ölkə üzrə orta kredit faizi ötən ilin sonundakı səviyyədə - 14,3% olub.
Ötən dövr ərzində ölkənin yalnız iki bölgəsində - Bakı və Abşeron iqtisadi rayonunda kreditlər ucuzlaşıb. Bakıda kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə, Abşeronda isə 18,3%-dən 17,4%-ə enib.
Əvəzində ölkənin bütün regionlarında kreditlər bahalaşıb. Ötən ilin sonu ilə müqayisədə kreditlərin orta faiz dərəcəsi Aran zonasında 19,9%-dən 20,3%-ə, Dağlıq Şirvanda 22%-dən 23,3%-ə, Gəncə-Qazaxda 20,7%-dən 21,5%-ə, Quba-Xaçmazda 21%-dən 21,1%-ə, Lənkəranda 21,6%-dən 23,3%-ə, Şəki-Zaqatalada 19,8%-dən 20,1%-ə, Yuxarı Qarabağda isə 15%-dən 18,8%-ə qalxıb. Paytaxt və onun ətrafında isə kreditlərin orta faiz dərəcəsi 13,3%-dən 13,2%-ə düşüb. Qeyd edək ki, ölkə üzrə kreditlərin 88%-i Bakı və Abşeronun payına düşür.
Regionlar |
Kredit faizləri |
|
Dekabr, 2013 |
Aprel, 2014 |
|
Ölkə üzrə |
14,3% |
14,3% |
Bakı |
13,3% |
13,2% |
Abşeron |
18,3% |
17,4% |
Aran |
19,9% |
20,3% |
Dağlıq-Şirvan |
22,0% |
23,3% |
Gəncə-Qazax |
20,7% |
21,5% |
Quba-Xaçmaz |
21,0% |
21,1% |
Lənkəran |
21,6% |
23,3% |
Şəki-Zaqatala |
19,8% |
20,1% |
Yuxarı Qarabağ |
15,0% |
18,8% |
Kəlbəcər-Laçın |
21,8% |
24,3% |
Naxçıvan MR |
14,4% |
16,4% |