“Accessbank”ın Bakı Fond Birjasında (BFB) yerləşdirilən istiqrazlarının market-meykeri “PAŞA Bank” olacaq. BFB-dən fins.az-a verilən məlumata görə, iyunun 20-dən etibarən “Accessbank”ın market meykerliyi “PAŞA Bank” birja üzvü olan “PAŞA Kapital” vasitəsi ilə həyata keçiriləcək. "Market meykerin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir"-deyə məlumatda bildirilir.
Qeyd edək ki, hal-hazırda Bakı Fond Birjasında sözügedən istiqraz buraxılışı da nəzərə alınmaqla 12 istiqraz buraxılışının likvidliyi market meyker kotirovkaları vasitəsi ilə təmin edilir.
Qeyd edək ki, bütün market-meyker kotirovkaları Bakı Fond Birjasının elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir, həmçinin BFB-nin veb-səhifəsində dərc olunur