30 Oktyabr

Banklar üçün əsas təhlükə öz işçiləri imiş - VİDEO

Baş Prokurorluq daha bir bankın əməkdaşlarının dələduzluğu haqqında məlumat yayıb. Bu şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz əməllər törədiblər. Belə hallara son vaxtlar tez-tez rast gəlinir. Amma sən demə banklar üçün əsas təhlükə öz işçiləri imiş. Mütəxəsislərin sözlərinə görə, maddi problemləri, çoxlu borcu olan, qumara aludə olan əməkdaşlar öz işlədikləri bankdan pul oğurlamağa çalışırlar.

Bəzən bu, çox iri məbləğlərdə olur. Bu zaman dəymiş zərər sığorta ilə kompensasiya edilir. Sığorta şirkətləri banklara “Bank riskləri” adlı sığorta məhsulu təklif edir. Hətta, sığorta şirkətlərindən biri bankların birində baş verən belə hadisəyə görə böyük məbləğdə - 1 milyon 700 min manat ödəyib. Əgər bankda artıq bir dəfə belə hadisə olubsa, onda illik 500 min manatlıq sığorta haqqı tələb olunur. Bunun müqabilində 20-40 milyonluq itki sığortalanır.

(ANS TV).