30 Oktyabr

Azərbaycan bankları ölkəni 3-cü etdi

Azərbaycan dünyada bank aktivlərinin artım sürətinə görə 3-cü ölkə olub. Fins.az-ın “Marja”ya istinadən yaydığı məlumata görə, bu qənaətə “The Banker” jurnalı apardığı araşdırmadan sonra gəlib.

Jurnalın hazırladığı “Top 1000 Dünya Banklarının reytinqi”ndə aktivləri ən sürətli artan 10 ölkə göstərilib. Azərbaycan reytinqdə, bank aktivlərinin 2012-ci illə müqayisədə 2013-cü ildə 24.41% artmasına görə 3-cü yeri tutub.

Reytinqdə göstərilir ki, Azərbaycan banklarının cəmi aktivləri 9.78 milyard ABŞ dollarıdır. Amma bu rəqəm Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı göstərici ilə üst-üstə düşmür. Belə ki, AMB-nin məlumatına görə, 2013-cü ilin sonuna bankların aktivləri 26,1 milyard dollar olub. Bu, 2012-ci illə müqayisədə təxminən 5 milyard dollar və ya 23,3% çoxdur.

“The Banker”in reytinq siyahısına banklarının aktivləri 31.78% artmış Venesuella başçılıq edir. Bolqarıstan, Filippin və İran banklarının aktivləri ən böyük nisbətdə yüksələn digər ölkələr olub.

Ölkənin adı

Bank aktivlərinin məbləği

(milyard ABŞ dolları ilə)

2012-ci illə müqayisədə

artım dinamikası

1

Venesuela

159,08

31,78%

2

Bolqarıstan

7,44

26,52%

3

Azərbaycan

9,78

24,41%

4

Filippin

145,09

23,79%

5

İran

359,34

23,19%

6

Yunanıstan

494,18

22,77%

7

Qətər

248,47

19,54%

8

Özbəkistan

5,69

19,52%

9

Ukrayna

58,50

19,37%

10

Kosta-Rika

22,89

19,02%