30 Oktyabr

Rayona pul göndərmək asanlaşdı

“Dəmirbank” öz müştərilərinə bankomat vasitəsi ilə pul göndərmək imkanı yaradıb. Bankdan fins.az-a verilən məlumata görə, söhbət “Cash by Cash” xidmətindən gedir. Onun vasitəsilə 500 manata qədər pul göndərmək mümkündür.

Bunun üçün “Dəmirbank”ın “Visa” tipli plastik kart sahibləri bankomatda “Cash by Code” bölməsini seçməli, pulu alacaq şəxsin mobil telefon nömrəsini və göndəriləcək məbləği daxil etməlidir. Əməliyyat sona çatdıqdan sonra müştəriyə üzərində 5 rəqəmli şifrə qeyd olunan qəbz verilir, həmin şifrə pulu alan şəxsə də SMS-lə göndərilir. Qəbzdə olan şifrəni pulu alacaq şəxsə bildirmək lazımdır.

Pulu alan tərəf 24 saat ərzində "Milli Kart" sisteminə daxil olan və "Cash by Code" funksiyasını dəstəkləyən istənilən bankomatda SMS-la gələn və qəbzdə çap olunan şifrəni daxil etməklə pulu götürə bilər. Əgər pul vaxtında, yəni 1 sutka ərzində götürülməsə məbləğ pulu göndərən müştərinin hesabına qayıdır. Yalnız manatla pul göndərmək olar və xidmət haqqı 1% (minimum 1 manat) təşkil edir. Pulu alacaq şəxsdə plastik kart olmasına ehtiyac yoxdur.

“Dəmirbank”da bildirirlər ki, bu xidmət ölkənin müxtəlif regionlarından Bakıya və yaxud geriyə pul göndərmək istəyənlərin işini asanlaşdıracaq.

Xatırladaq ki, hal-hazırda "MilliKart"a daxil olan 9 bankdan yalnız 3-də "Cash by Code" funksiyası var. Bunlar “Dəmirbank”, “Unibank” və “Expressbank”dır.

“Dəmirbank”ın Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Mingəçevir, Ağdaş, Ağsu, Bərdə, İmişli, Qazax, Quba, Qusar, Masallı, Sabirabad, Şamaxı, Şəki, Şəmkir, Göyçay, Yevlax, Zaqatalada bankomatları var.

“Unibank”ın Bakı, Sumqayıt, Xırdalan, Lənkəran, Quba, Şəki, Gəncə, Mingəçevir və Şəmkirdə, “Expressbank”ın isə Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir, Qazax, Bərdə, Lənkəran, İmişli, Şəki, Xaçmaz, Qusar, Şirvan, Gəncə, Şəmkir, Gədəbəy, Goranboy, Göy-göl, Daşkəsən, Salyan, Hacıqabul, Neftçala, Beyləqan, Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Qax, Balakən, Kürdəmir, Ucar, Ağsu, Siyəzəndə bankomatları var.

Bankomat

“Dəmirbank”

“Unibank”

“Expressbank”

Bakı

+

+

+

Sumqayıt

+

+

+

Xırdalan

+

+

+

Quba

+

+

Qusar

+

+

Şəki

+

+

+

Lənkəran

+

+

+

Gəncə

+

+

Mingəçevir

+

+

Şəmkir

+

+

+

Ağdaş

+

Ağsu

+

Bərdə

+

+

İmişli

+

+

Qazax

+

+

Masallı

+

Sabirabad

+

Şamaxı

+

+

Göyçay

+

Yevlax

+

Zaqatala

+

Xaçmaz

+

Şirvan

+

Gədəbəy

+

Goranboy

+

Göy-göl

+

Daşkəsən

+

Salyan

+

Hacıqabul

+

Beyləqan

+

Neftçala

+

Qobustan

+

Qəbələ

+

İsmayıllı

+

Qax

+

Balakən

+

Kürdəmir

+

Ucar

+

Ağsu

+

Siyəzən

+