30 Oktyabr

Problemli kreditlər 1,15 milyard dolları keçdi

Azərbaycanda problemli kreditlərin həcmi 1,15 milyard dolları keçib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, son bir ayda problemli kreditlərin həcmi daha 10 milyon manat artaraq iyunun 1-ə 905 milyon manat təşkil edib. İlin əvvəlindən etibarən belə kreditlər 112 milyon manat, son bir ildə isə 137 milyon manat artıb. Bank sektorunda problemli kreditlərin payı 5,5% təşkil edir.