“Bank of Baku” Ramazan bayramı ilə əlaqədar “Bolkart” sahibləri üçün nağd pul kampaniyası keçirir. Bankdan fins.az-a verilən məlumata görə, iyulun 28-nə qədər “Bolkart”dakı bütün pulu çıxarıb onu sentyabrın 10-na qədər faizsiz ödəmək olar. Özü də əvvəlki kampaniyalardan fərqli olaraq bu dəfə bankomatın xidmət haqqı kimi 3% deyil, 2% olacaq. Yəni istifadəçilər nağdlaşdırdıqları hər 100 manata görə 103 manat deyil, 102 manat ödəyəcəklər.