Azərbaycanda problemli kreditlər daha çox istehlak kreditlərinin hesabına artır. Fins.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə orta hədd 6%-dən az olsa da, istehlak kreditlərində bu rəqəm yüksəkdir və banklar bununla bağlı ehtiyatlar yaradıb: "Buna görə də problemli kreditlər banklara mane olmur". Xatırladaq ki, sentyabrın 1-dək olan məlumata görə, ölkədə istehlak kreditlərinin məbləği 7 milyard 102,9 milyon manatdır. İstehlak kreditləri ölkə üzrə kredit portfelinin 41%-ni təşkil edir.