Azərbaycanda kreditlərin orta faiz dərəcəsi 14,3%-dir. Fins.az-ın məlumatına görə, bu barədə AMB-nin ilin ilk 9 ayının yekunları üzrə açıqladığı hesabatda bildirilir. Hesabata görə, ölkədəki kreditlərin 83,6%-i Bakı şəhərində verilir. Paytaxtda kreditlərin orta faiz dərəcəsi 13% təşkil edir. Ölkədə ən Bahalı kreditlər isə Kəlbəcər-Laçın, Dağlıq-Şirvan və Lənkəran iqtisadi rayonlarında verilir. Ən aşağı faizlə krediti isə Bakıdan sonra Naxçıvanda almaq olar. İlk dəfə olaraq Azərbaycanda iqtisadi rayona verilən kreditlərin həcmi 1 milyard manatı keçib. 9 ayın yekunlarına görə, Aran iqtisadi rayonuna 1 milyard 3,7 milyon manat məbləğində kredit ayrılıb.
Azərbaycan Respublikası |
17 631 590,9 |
14,3% |
Bakı şəhəri |
14 752 748,0 |
13,0% |
Abşeron iqtisadi rayonu |
571869,0 |
19,1% |
Aran iqtisadi rayonu |
1 003 703,4 |
21,5% |
Dağlıq Şirvan iqtisadi rayonu |
113 215,9 |
23,7% |
Gəncə-Qazax iqtisadi rayonu |
388 239,6 |
21,9% |
Quba-Xaçmaz iqtisadi rayonu |
128 734,6 |
21,3% |
Lənkəran iqtisadi rayonu |
301 612,7 |
23,5% |
Şəki-Zaqatala iqtisadi rayonu |
161 769,5 |
20,5% |
Yuxarı Qarabağ iqtisadi rayonu |
73 224,7 |
20,4% |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
28 508,9 |
25,5% |
Naxçıvan iqtisadi rayonu |
107 964,5 |
13,4% |