Azərbaycan Mərkəzi Bankı (AMB) 4 kredit ittifaqının lisenziyasını ləğv edib. Fins.az-ın “Interfaks-Azərbaycan” agentliyinə istinadən yaydığı məlumata görə, bunlar “Aslanlı”, “Mıxlıqovaq”, “Maliyyə” və “Nofel” kredit ittifaqlarıdır.
AMB öz qərarını adı çəkilən kredit ittifaqlarının maliyyə hesabatlarını ona təqdim etməməsi ilə izah edir. Söhbət həm 2013-cü ilə, həm də son 2 rübə aid fəaliyyətin yekunları ilə bağlı hesabatdan gedir.
Lisenziyaların ləğvi barədə qərar oktyabrın 28-də qəbul olunub və 10 gün ərzində qüvvəyə minməlidir. Bu kredit ittifaqlarına ləğvetmə komissiyası yaratmaq tapşırılıb.
№ |
Kredit ittifaqının adı |
Fəəaliyyət göstərdiyi bölgə |
Lisenziya aldığı tarix |
1 |
Aslanlı |
Yardımlı |
02.07.2004 |
2 |
Mıxlıqovaq |
Qəbələ |
30.06.2006 |
3 |
Maliyyə |
Bakı / Xəzər |
18.02.2011 |
4 |
Nofel |
Şəki |
23.05.2011 |
Bu il, oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda 113 kredit ittifaqı AMB-dən lisenziya alıb.