Azərbaycanda əmanətlərin faizlərinin aşağı düşməsi əhalinin banklara inamını azaldıb. Səbəbi gözlənilənin əksinə olaraq kreditlərin ucuzlaşmamasıdır. Üstəlik Azərbaycan Mərkəzi Bankı əmanətlərin faiz dərəcələrinin hələ də yüksək olduğunu bildirir. Nəticədə, vətəndaşların əksəriyyəti artıq pulunu banklara yerləşdirməkdənsə, daşınmaz əmlaka yatırmağa üstünlük verir. İnsanlar əmlakın bankdan daha çox gəlir gətirdiyini hesab edirlər (ATV).