"Expressbank" müştərilərə mikro kreditlər üzrə yeni aksiya təklif edib. Bankdan fins.az-a verilən məlumata görə, bu aksiya iş adamlarına və kiçik sahibkarlara aiddir. Aksiya çərçivəsində "Expressbank"ın filiallarında mikro kredit götürən müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaq. Kreditin məbləği 500-dən 15000 AZN-dək, maksimal müddəti isə 36 aydır. Bu kreditlər üzrə faiz dərəcəsi isə 23-33%- arasında dəyişir. Aksiya 2 ay davam edəcək və 1 dekabr 2014 – 31yanvar 2015-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Expressbankmüxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur. Expressbank-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS terminal və 100-dək ExpressPay ödəniş terminalı vardır.