“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” e-xidmətindən istifadə edən bankların sırasına yenisi qoşulub. Fins.az ictnews.az-a istinadən xəbər verir ki, bu gündən etibarən “Bank Respublika”nın müştəriləri də “Elektron hökumət” portalının təqdim etdiyi “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidmətindən istifadə edə biləcəklər.
Xidmətdən yararlanmaq üçün müştəri “Elektron hökumət”in internet səhifəsində (www.e-gov.az) “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətinə daxil olub arayışı yaradaraq “Kredit ərizəsi üçün məlumatın göndərilməsi” bölməsində “Bank Respublika”nı seçməklə arayışı onlayn rejimdə banka göndərməlidir. Həmçinin, vətəndaşlar bankın baş ofisində quraşdırılmış kompüterlər vasitəsilə də “Elektron hökumət” portalına daxil olub arayışı rəsmiləşdirərək banka təqdim edə bilərlər.