“Fitch” – beynəlxalq reytinq agentliyi Azərbaycanın 3 aparıcı bankının reytinqini təsdiqləyib. Fins.az-ın “İnterfaks-Azərbaycan” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Fitch”in açıqlamasında bildirir. Qurum “Azərbaycan Beynəlxalq Bankı”nın uzunmüddətli reytinqini “BB”, “Kapital Bank” və “Pasha Bank”ın reytinqini isə “B+” səviyyəsində təsdiq edib. Banklar üzrə proqnoz isə “Stabil” olub. Bundan başqa “Fitch” “Kapital Bank”ın dayanıqlılıq reytinqini “B” səviyyəsində qədər artırıb.