30 phrase_var_core.october

Bu bankın rəhbərliyi dəyişdi

Dekabrın 15-də “Azərbaycan Kredit Bankı”nın səhmdarlarının toplantısı keçirilib. Bu barədə fins.az-a bankdan məlumat verilib. Toplantıda bankın Müşahidə Şurasına yeni rəhbər təyin olunub. Bu, Rzayev Emil Sabir oğludur. O, bu təyinata qədər “Bank BTB”-nin İdarə Heyətinin sədri olub.

Xatırladaq ki, indiyə qədər “Azərbaycan Kredit Bankı”nın Müşahidə Şurasının sədri vəzifəsini müvəqqəti olaraq bankın 3 əsas səhmdarından biri Abbasov Şirxan Mail oğlu icra edirdi. O, bankın səhmlərinin 36,64%-nə sahibdir.

Qeyd edək ki, “Azərbaycan Kredit Bankı”nın məcmu kapitalı Mərkəzi Bankın tələbinin (50 milyon manat) az olan banklardan biridir. Hazırda bankın nizamnamə kapitalı 11,5 milyon manat, məcmu kapitalı isə 5,8 milyon manatdır. Ötən günki toplantıda bankın bazarı tərk etməməsinə, lazım olan vəsaitin istənilən yolla cəlb edilməsinə də qərar verilib.