30 phrase_var_core.october

Əmanətləri mənfi faiz dərəcəsi ilə qəbul edir

İsveçrə Milli Bankı əmanətlər üzrə mənfi faiz dərəcəsini tətbiq edib. Fins.az-ın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər yayıb. İsveçrə bankının bu tədbirində məqsəd öz vəsaitləri üçün “sakit yer” tapmaq istəyən investorların axının qarşısını almaqdır. “Son bir neçə gün ərzində etibarlı investisiyalara tələbat kəskin artıb. Mənfi faizli depozitlər isə İsveçrə franklarına yatırımların cəlbediciliyini azaldır",- deyə bank vəziyyəti şərh edib. Yeni qaydalara görə, yerləşdirilən müddətsiz əmanətlər üzrə faiz dərəcəsi mənfi 0,25% təşkil edəcək. MB-nin uçot dərəcəsinin "dəhlizi"isə 0%- 0,25%-dən mənfi 0,75%-0,25%-ə dəyişdirilib.