30 phrase_var_core.october

2 bankın istiqraz emissiyasını təşkil edəcək

Bu gündən etibarən “PAŞA Bank” Bakı Fond Birjasında (BFB) “Accessbank” və “Unibank”ın istiqrazlarının market-meykerliyinə başlayır. Fins.az-ın BFB-yə istinadən yaydığı məlumata görə, sövdələşmə birjanın üzvü olan “PAŞA Kapital” şirkətinin vasitəçiliyi ilə baş tutub. Market meykerin sözügedən istiqrazların hər biri üzrə üzərinə götürdüyü alış öhdəliklərinin məbləği 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir. Qeyd edək ki, bu emissiya çərçivəsində “Accessbank” 12 milyon manat, “Unibank” isə 20 milyon manat həcmində istiqraz buraxır.