30 phrase_var_core.october

"Amrahbank"-ın kreditleri 20% artib

2014-cü ilin yekunlarına görə, “Amrahbank”ın aktivləri 270,15 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü ilin sonu ilə müqayisədə 38% çoxdur.
Bankın kredit portfeli 20,5% artaraq 120,13 milyon manat, öhdəlikləri isə 34,7% artaraq 153,66 milyon manat, o cümlədən əmanətləri 18,6% artaraq 108,79 milyon manat olub.
Bankın nizamnamə kapitalı 44,2% artımla 39,84 milyon manata, məcmu kapitalı isə 24,7% artımla 53,49 milyon manata çatdırılıb.

Son 1 ildə “Amrahbank”ın faiz gəlirləri 53% artaraq 24,14 milyon manat, faiz xərcləri 38,9% artaraq 8,18 milyon manat, qeyri-faiz gəlirləri 14,8 artaraq 3,46 milyon manat, qeyri-faiz xərcləri isə 63% artaraq 538 min manat təşkil edib. Bankın təmiz mənfəəti isə 1,05 milyon manat vergi ödədikdən sonra 4,19 milyon manat olub.