30 phrase_var_core.october

“Unibank”ın kreditləri 19% artıb

2014-cü ilin yekunlarına görə, “Unibank”ın aktivləri 844 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü illə müqayisədə 14% çoxdur.
Bankın kredit portfeli 19% artaraq 711,1 milyon manat, öhdəlikləri isə 12,3% artaraq 712,8 milyon manat olub.

“Unibank”dakl depozitləri 13,2% artımla 475 milyon manata, o cümlədən əhalinin əmanətləri 14% artımla 427,6 milyon manata çatıb.
1 yanvar 2015-ci il tarixində bankın nizamnamə kapitalı 70,57 milyon manat (dəyişməyib), məcmu kapitalı isə 25,1% artımla 239,3 milyon manatdır.
Bank 2014-cü ildə təxminən 39 milyon manat təmiz mənfəət əldə edib.