30 phrase_var_core.october

Bu bank əmanətçilərin vergisini özü ödəyəcək

“Yapı Kredi Bank Azərbaycan” ölkədə ilk dəfə əmanət yatıran müştərilərin vergilərini ödəyəcək. Bu barədə fins.az-a bankdan bildirilib. Fiziki şəxslərin banklardakı əmanətlərinə hesablanan faiz gəlirlərindən vergi tutulmasına başlanandan sonra “Yapı Kredi Bank Azərbaycan” yeni kampaniyaya start verib.
Kampaniyanın şərtlərinə əsasən, fevralın 28-dək illik 7500 manata qədər əmanət yerləşdirən hər bir vətəndaş “Yapı Kredi Bank Azərbaycanın” təklif etdiyi fürsətdən yararlana biləcək. Belə ki, banka ilk dəfə əmanət yerləşdirən müştərilərin əmanətlərinin vergilərini bank özü ödəyəcək. Kampaniya 1 illik 7500 manatadək yerləşdirilən əmanətlərə aiddir.
Kampaniya müddətində yerləşdirilən, lakin vaxtından əvvəl çıxarılan və yaxud ləğv edilən əmanətlər üçün bu kampaniya tətbiq edilməyəcək. Həmin əmanətlərə ödəniləcək faiz dərəcəsi illik 0,25% olacaq.