30 phrase_var_core.october

Son 2 ildə ilk dəfə Azərbaycanda kreditlər azalıb

Dekabrda Azərbaycan banklarının kredit portfelində azalma baş verib. Fins.az-ın «İnterfaks-Azərbaycan»a istinadən məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2014-cü ilin nəticələri ilə bağlı açıqladığı hesabatda bildirilir.
Belə ki, 2014-cü ilin yekunlarına görə, bankların kredit portfeli 18 milyard 17,4 milyon manat olub. Bu 2014-cü ilin əvvəli ilə müqayisədə 20,2% artıq olsa da, məlumatda aydın olur ki, dekabr ayında bankların kredit portfelində azalma baş verib. Belə ki, 2014-cü ilin ilk 11 ayının nəticələri ilə müqayisədə, dekabrda kreditlərin həcmi 134,5 milyon manat azalıb.

2014-cü ildə əhalinin banklardakı əmanətləri isə 12,4% artımla 7 milyard 188,3 milyon manata çatıb. Ötən il Azərbaycan banklarının aktivləri 25 milyard 182,5 milyon manat təşkil edib. Bu, 2013-sü illə müqayisədə 23,5% çoxdur.