Sumqayıt əhalisi artıq “Unibank”ın xidmətlərindən istifadə edə biləcəklər. Bankdan fins.az-a verilən məlumata görə, Sumqayıtda bankın 2-ci filialı açılıb. 5-ci mikrorayon və 45-ci məhəllə arasındakı ərazidə (N.Nərimanov küçəsindəki inzibati bina), “Real” klinikası ilə üzbəüz yerləşən “Gənclər şəhəri” filialının xidmətlərindən yalnız sumqayıtlılar deyil, ətraf rayonların əhalisi də istifadə edə biləcək.
Bankdan bilidrilib ki, yeni filialın geniş olması və yerləşdiyi ərazi müştərilərə xidmətin keyfiyyətini daha da yüksəltməyə, onları bank məhsulları və xidmətləri ilə hərtərəfli təmin etməyə imkan verəcək.
“Gənclər şəhəri” filialı vətəndaşlara kassa hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartlarının sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatları daxil olmaqla, bütün bank xidmətlərini göstərir.
Vətəndaşlar filialdan nağd kreditlər və mikro kreditlər götürə bilərlər. Yeni filial həftənin 6 günü səhər saat 09.00-dan 17.00-işləyəcək.