“Unibank” gənclər günü ilə bağlı 1 həftə davam edən kampaniyaya başlayıb. Bankdan Fins.az-a verilən məlumata görə, bank filialları 1 həftə ərzində öz məhsullarını gənclərin arzularına uyğunlaşdıracaq.
1997-ci ildən bu yana hər il qeyd olunan Gənclər günü münasibəti ilə 2 fevraldan başlayan kampaniya fevralın 7-dək davam edəcək.
Kampaniya 18-35 yaş arası bütün gəncləri əhatə edir.
Gənclər günü ilə bağlı kampaniya çərçivəsində banka müraciət edən yaşı 18-35 olan müştərilər “Unibank”dan pulsuz Mastercard Standart kartı əldə edə biləcəklər.
20-35 yaş arası hər bir gənc bankın komissiya xərclərinə 50% endirimli nağd kreditlərindən faydalana biləcəklər.
Tələbələrə isə xüsusi imkan yaradılacaq. 18-23 yaş arsı gənclər “Gənclər həftəsi” çərçivəsində banka müraciət edərək limiti minimum 100 AZN olan Albalı Plus kartı əldə edə biləcəklər.