30 phrase_var_core.october

Ən populyar banklar açıqlandı - SİYAHI

«Media Consulting Services» şirkəti 2015-ci ilin yanvarı ayında mətbuatda ən çox xatırlanan bankları açıqlayıb. Fins.az-ın şirkətə istinadən məlumatına görə, yanvarda sığorta sektoru ilə bağlı 9442 məlumat açıqlanıb.
Ötən ay haqqında ən çox danışılan bank «Unibank» olub. Onun adı 417 dəfə çəkilib. Populyarlığa görə sonrakı yerləri Azərbaycan Beynəlxalq Bankı (337 məlumat), «Paşa bank» (253 məlumat), «Ekspressbank» (186 məlumat) və «Bank of Baku» (171 məlumat) şirkətləri tutur.