30 phrase_var_core.october

“AGBank”ın problemli kreditləri 64,5% artıb

2014-cü ilin yekunlarına görə, “AGBank”ın aktivləri 500 milyon manat təşkil edib. Fins.az-ın banka istinadən yaydığı məlumata görə, bu, 2013-cü illə müqayisədə 7% çoxdur. Bankın kredit portfeli 6,3% artaraq 374,9 milyon manat olub. Bunun 17,5%-i və yaxud 65,5 milyon manatını vaxtı keçmiş kreditlər təşkil edib. Son 1 ildə bankın problemli kreditləri 64,5% artıb. Bankın verdiyi istehlak kreditləri 2,6% artaraq 138,7 milyon manat, ipoteka kreditləri 4,6% artaraq 60,3 milyon manat olub. “AGBank”ın depozit portfeli isə 9,2% artaraq 298 milyon manata çatıb. Bunun 200 milyon manatını əhalinin əmanətləri təşkil edib. Bu da 2013-cü illə müqayisədə 12,7% azdır. 1 yanvar 2015-ci il tarixinə “AGBank”ın nizamnamə kapitalı 25 milyon manat, məcmu kapitalı isı 2,7% artımla 51,4 milyon manatdır. Ötən il bank 3,5 milyon manat mənfəət əldə edib.