30 phrase_var_core.october

Bank Respublika işçi axtarır- VAKANSİYA

“Bank Respublika”-da Biznesin İnkişafı Departamentinə WEB-proqramçı tələb olunur.

Vəzifə öhdəlikləri:
• Veb-əlavələrin işlənib hazırlanması
• Mobil əlavələrin işlənib hazırlanması
• Mövcud layihələrin dəstəklənməsi

Bilik və bacarıqlar:
• JavaScript üzrə dərin biliklər
• HTML/HTML5, CSS/CSS3 bilikləri
• PHP, MySQL bilikləri
• MVC freymvorkları ilə iş təcrübəsi (məsələn, Angular, Ember, Backbone)
• İnterfeyslərin layihələndirilməsi təcrübəsi
• GIT versiyalı nəzarət sistemləri ilə iş təcrübəsi

Əlavə üstünlüklər:
• Node.js, Twitter Bootstrap texnologiyaları və alət vasitələri ilə tanışlıq
• Android, iOS, Windows Phone platformaları üçün mobil əlavələrin işlənib
• hazırlanması ilə tanışlıq
• Veb-layihələri üzrə həyata keçirilmiş portfolionun təqdim edilməsi
• App Store və ya Android Market-də həyata keçirilmiş portfolionun təqdim edilməsi

Əlavə bacarıqlar:
• İşə qarşı səliqəli və məsuliyyətli münasibət olmalıdır
• Bir tapşırıqdan digərinə asanlıqla keçmək bacarıqı
• Yeniliklərin qısa müddətdə öyrənilməsinə meyilli olmalı
• Texniki sənədlərin oxuna bilməsi səviyyəsində ingilis dili bilikləri
• Komandada işləmək bacarığı

Müraciət etmək istəyənlərdən aşağıdakı linkə daxil olub CV formasını doldurduqdan sonra Banka göndərilməsini xahiş edirik:

Ünvan: Bakı ş., Xaqani küç. 21
Telefon: (+994 12) 144, (+994 12) 598 08 00
E-mail: [email protected]