30 phrase_var_core.october

Əhalinin banklardakı əmanətləri artıb

2014-cü ilin yekunlarına görə, Azərbaycan əhalinin banklardakı əmanətləri 7 milyard 188,4 milyon manat təşkil edib. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən yaydığı məlumata görə, bu, 2013-cü illə müqayisədə 12,4%, ötən ilin noyabr ayına nisbətən isə 1,4% çoxdur.
Əmanətlərin 61,5%-i və yaxud 4 milyard 422,4 milyon manatlıq hissəsi milli valyuta ilə yerləşdirilib. Son 1 ildə manatla yerləşdirilən əmanətlərin məbləği 13,7% artsa da, son 1 ayda 1,3% azalıb.
Xarici valyuta ilə yerləşdirilən əmanətlər isə 2013-cü illə müqayisədə 10,3%, 2014-cü ilin noyabr ayı ilə müqayisədə isə 6,2% artıb.