2014-cü ilin yekunlarına görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin illik faiz dərəcəsi orta hesabla 8% olub. Bu barədə fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, 2013-cü ilin yekununda orta faiz dərəcəsi 8,3% olub. Beləliklə, əhalinin əmanətləri üzrə gəlirlilik azalıb.
Ötən il milli valyutada yerləşdirilmiş əmanətlərə görə illik orta hesabla 7,6% divident ödənilib. 2013-cü ilin yekununda bu rəqəm 7,8% olub. Xarici valyutada yerləşdirilmiş əmanətlər üzrə gəlirlilik isə 9%-dən 8,6%-ə düşüb.