30 phrase_var_core.october

Əmanətlərin 95%-i paytaxtda qoyulub

2014-cü ilin yekunlarına görə, Bakıda və onun ətrafında yaşayanlar banklara 6,8 milyard manat əmanət qoyub. Fins.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən yaydığı məlumata görə, bu, ümumi əmanət portfelinin təxminən 95%-i qədərdir. Əmanətlərdə digər regionların payı isə azdır.

Məcburi köçkünlərin bankda 18 milyon manat pulu var

Bakı və Abşerondan sonra ən yüksək göstərici Aran bölgəsində qeydə alınıb. Bu bölgədə yaşayanların banklarda 164 milyon manat pulu var.
Banka ən az pul qoyanlar isə Kəlbəcər-Laçın və Yuxarı Qarabağ bölgəsindən olanlardır. Məcburi köçkünlər banklara cəmi 17,6 milyon manat pul qoyub.

Naxçıvanlılar əmanətlərdən az qazanır

Regionlar üzrə əmanətlərin orta faiz dərəcəsi göstərir ki, bankdakı pullarından ən çox gəlir götürənlər Abşeron rayonunda yaşayanlardır – Onlara illik 8,5% divident ödənilir. Bakı üzrə bu göstərici 8%-dir.
Bölgələrə gəlincə isə, əmanətlər üzrə ən aşağı faiz dərəcəsi Naxçıvanda qeydə alınıb – illik 4,4%.

Regionun adı

Əmanətin məbləği (milyon manatla)

İllik faiz dərəcəsi

Azərbaycan

7 188,4

8,0

Bakı

6 647,8

8,0

Abşeron

173,1

8,5

Aran

164,2

7,6

Dağlıq Şirvan

15,5

6,3

Gəncə-Qazax

64,2

6,1

Quba-Xaçmaz

20,3

6,6

Lənkəran

43,7

7,2

Şəki-Zaqatala

22,8

5,7

Yuxarı Qarabağ

10,8

4,6

Kəlbəcər-Laçın

6,8

5,4

Naxçıvan

19,3

4,4